Səhiyyə Nazirliyi ilə UNICEF arasında prioritet əməkdaşlıq istiqamətləri müzakirə edilib
![Səhiyyə Nazirliyi ilə UNICEF arasında prioritet əməkdaşlıq istiqamətləri müzakirə edilib](/uploads/posts/2021-11/1636016887_snunisef.jpg)
Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Aleks Haykens ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə tərəflər aparılan əməkdaşlığın uğurlu olmasını qeyd edərək, gələcəkdə də bu istiqamətdə səylər göstəriləcəyini vurğulayıblar. Həmçinin 2022-ci il üzrə prioritet əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Eyni zamanda ölkəmizdə ilkin səhiyyə xidmətlərinin genişləndirilməsi, eləcə də ana və uşaq sağlamlığının gücləndirilməsi, uşaqlarda inkişaf problemləri, əlilliyin erkən aşkarlanması və erkən müdaxilə xidmətlərinin tətbiqi, evə gedişlər (patronaj) və xüsusən həssas qruplar üçün nəzərdə tutulan normativ bazanın təkmilləşdirilməsi barəsində fikir mübadiləsi aparılıb.