Milli Məclisin sədri Sankt-Peterburqda ÜST Avropa Regional Bürosunun direktoru ilə görüşüb

Milli Məclisin sədri Sankt-Peterburqda ÜST Avropa Regional Bürosunun direktoru ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüqe ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildiyinə görə, Milli Məclisin sədri Azərbaycanın ÜST ilə uğurlu əməkdaşlığından danışaraq diqqətə çatdırıb ki, 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən ÜST ilə əlaqələr müxtəlif istiqamətlərdə davam edir.
Spiker görüşdə Azərbaycanda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri haqqında məlumat verib. O xatırladıb ki, Azərbaycan COVID-19-a qarşı vaksinlərə bərabər və ədalətli çıxış əldə etmək üçün səy göstərən ölkələrdən biridir. ÜST tərəfindən Azərbaycanın qlobal miqyasda COVID-19 pandemiyasına qarşı mübarizəyə verdiyi yüksək qiymət ölkəmizin təşəbbüslərinin bütün dünya üçün əhəmiyyətini bir daha təsdiqləyir.
Sahibə Qafarova qeyd edib ki, ölkəmiz qısa müddət ərzində 30-dan çox ölkəyə və beynəlxalq təşkilata maliyyə və humanitar yardım göstərib, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü yardım edib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprelində keçirilən Türk Şurasının Sammiti, həmin ilin mayında Qoşulmama Hərəkatının Zirvə Görüşü və BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təsdiqləyir ki, Azərbaycan qlobal problemlərin həlli üçün məsuliyyət daşımağa hazır olan güclü dövlətdir. Bu təşəbbüslər ölkəmizin beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirir.
ÜST Avropa Regional Bürosunun direktoru Hans Klüqe Azərbaycan parlamentinin başçısı ilə görüşməkdən məmnunluğunu bildirib, Azərbaycanın pandemiya ilə mübarizəyə verdiyi töhfələri və pandemiyanın aradan qaldırılması üçün göstərdiyi səyləri yüksək qiymətləndirib. Hans Klüqe bu prosesin indi də uğurla davam etdirilməsindən razılığını ifadə edib. O xüsusi vurğulayıb ki, pandemiya dövründə Azərbaycan hökumətinin həyata keçirdiyi uğurlu tədbirlər vəziyyətin Azərbaycan Prezidentinin tam nəzarəti altında olduğunu göstərir.
Regional direktor Azərbaycanın COVID-19-la qlobal mübarizəyə verdiyi dəstəyə görə ölkəmizə təşəkkür edib. Qeyd edib ki, Azərbaycan bu qlobal pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə ilk addımlar atan ölkələrdən biridir.
Sonra görüşdə digər məsələlər barədə fikir mübadiləsi aparılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova