Əczaçılıq sənayesində Azərbaycan-Rusiya əməkdaşlığının perspektivləri müzakirə edilib

Əczaçılıq sənayesində Azərbaycan-Rusiya əməkdaşlığının perspektivləri müzakirə edilib
Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Rusiya Sənaye və Ticarət Nazirliyinin Xarici ticarət sahəsində beynəlxalq kooperasiya və lisenziyalaşdırma departamentinin direktoru Roman Çekuşovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı tərəflər əczaçılıq sənayesində əməkdaşlığın perspektivlərini, həmçinin tibbi aviasiya sahəsində işbirliyinin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Teymur Musayev ölkələr arasında bütün sahələrdə, o cümlədən tibb sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. O, Rusiyanın səhiyyə nazirinin bu ilin iyulunda Bakıda səfərdə olduğunu və rusiyalı həmkarı ilə görüş zamanı tərəflər arasında “Rusiya Federasiyası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə sektorunda əməkdaşlığın prioritet sahələrinin inkişafına dair 2021-2024-cü illər üçün Yol xəritəsi”nin imzalandığını xatırladıb.
Rusiya nümayəndə heyətinin üzvləri çıxışlarında ölkələr arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıblar. Qeyd edilib ki, dərman təminatı sahəsi ən mühüm və sosial əhəmiyyətli sahələrdən biridir. Vurğulanıb ki, dərhal təcili tibbi yardımın göstərilməsi insan sağlamlığının və həyatının qorunmasında əsas vasitələrdən biridir. Rusiya nümayəndə heyəti ölkələrinin tibbi aviasiyanın inkişafında böyük təcrübəsini nəzərə alaraq, bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüşün sonunda tərəflər əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılığa gəliblər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova