Azərbaycan COVID-19 əleyhinə “TURKOVAC” vaksininin klinik sınaq mərhələsində iştirak edə bilər

Azərbaycan COVID-19 əleyhinə “TURKOVAC” vaksininin klinik sınaq mərhələsində iştirak edə bilər
Türkiyənin diplomatik müraciəti əsasında Azərbaycan səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Türkiyə Səhiyyə İnstitutunun və Vaksin İnstitutunun direktorları ilə görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qardaş ölkənin nümayəndələri Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv “TURKOVAC” peyvəndinin 3-cü faza kilinik sınaqlarının aparılmasına Azərbaycanın da qoşulmasını təklif ediblər.
Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Azərbaycanda “TURKOVAC”ın 3-cü klinik sınaq mərhələsinin keçirilməsi ilə bağlı təqdim edilən sənədlərə tez bir zamanda baxılacağını bildirib.
Görüşdə həmin məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb, elmi-tibbi aspektlər müzakirə edilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova