Beynəlxalq TURAZ Akademiyası Konqresi keçirilib Bakıda “Zorakılıq və media” mövzusunda, məişət zorakılığı, qadınlara və uşaqlara qarşı zorakılıq və istismar məsələlərinin müzakirə edildiyi Beynəlxalq TURAZ Akademiyası Konqresi keçirilib. Radio və Televiziya Üst Qurulu (RTÜK), TURAZ Elmi Birliyi, İnönü Universiteti və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı ilə baş tutan toplantıda əvvəlcə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsi
Türkiyənin COVID-19 əleyhinə yerli peyvəndi “TURKOVAC” Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə tətbiq oluna bilər. AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay "Anadolu" agentliyinə müsahibəsində deyib. O, “TURKOVAC”ın 3-cü mərhələ işlərinin Qırğızıstanda aparılması üçün Prezident Sadır Japarovla razılığa gəldiklərini açıqlayıb. Vaksinin 3-cü mərhələ araşdırmaları barədə fikir mübadiləsi aparıldığını diqqətə çatdıran Türkiyənin vitse-prezidenti deyib:
Bütün ölkə üzrə olduğu kimi, sentyabrın 27-də saat 12:00-da Səhiyyə Nazirliyinin rəhbərliyi, kollegiya üzvləri və kollektivi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifələrini müvəqqəti icra edən Teymur Musayev bildirib ki, Azərbaycanın qəhrəman övladları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazıblar.
Əhali arasında COVID-19 əleyhinə vaksinə qarşı əks-göstəriş sertifikatları ilə bağlı bir sıra suallar yarandığına görə, Səhiyyə Nazirliyinin saytında mütəxəssislərin bu barədə açıqlamaları verilib. “Tibb qəzeti” həmin müsahibələri təqdim edir. Əks-göstəriş sertifikatı üçün müraciət qaydaları ilə bağlı suallara Bakı şəhəri 19 saylı Şəhər Poliklinikasının baş həkimi Aytən Qurbanova cavab verib. - Əks-göstəriş sertifikatı almaq istəyənlər haraya və necə müraciət etməlidirlər? - Vaksinasiyaya
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində hazırda beynəlxalq gündəmin əsas problemi olan səhiyyə, sağlamlıq və qida təhlükəsizliyi məsələləri müzakirə olunub. AŞPA-nın sabiq prezidenti, hazırda Sağlamlıq və qida təhlükəsizliyi üzrə Avropa komissarı olan Stella Kiriakides geniş məruzə ilə çıxış edib. Sonra o, Parlament Assambleyası üzvlərinin suallarını cavablandırıb. AZƏRTAC xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa
Almaniya Federativ Respublikası tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinə ianə edilən 300 min tibbi maska Dövlət Gömrük Komitəsinə təhvil verilib. Bu yardım Almaniya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə yeni növ koronavirus (COVID-19) pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir. Həmin tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib. Təhvil-təslim mərasimində ÜST-nin
Milli Məclisin 2021-ci ilin payız sessiyasının ilk plenar iclasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra deputatlar Birinci və İkinci Qarabağ müharibələrində, digər döyüş əməliyyatlarında Vətən və xalq yolunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra parlamentin sədri Sahibə Qafarova bu ilin yaz və növbədənkənar sessiyalarının yekunları və beynəlxalq əlaqələr barədə məlumat verib. Milli Məclisin sədri o cümlədən
Radiologiya görüntü üsullarından istifadə edərək anatomiyanı araşdıran tibb sahəsidir. Anatomiya və patologiya üzrə yaxşı biliklərə əsaslanan radioloq görüntüləmə zamanı aşkar etdiyi anormal vəziyyəti müvafiq mütəxəssis həkimə çatdırır. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi Xəyalə İsmayılzadə müsahibəsində danışıb. - Hansı xəstəliklərdə radioloji diaqnostika üsullarına ehtiyac olur? - Radiologiyanın əsas mövzusu anatomik morfoloji pozuntulara səbəb olan xəstəliklərdir. Nevroloq xəstədən
Səhiyyə Nazirliyinin mamalıq-ginekologiya üzrə baş mütəxəssisi Sevinc Məmmədova yeni növ koronavirus (COVID-19) infeksiyası şəraitində hamilə qadınların sağlamlığının mühafizəsi məsələlərindən danışıb. - Hamilə qadınlar koronavirusdan necə qorunmalıdırlar? - Koronavirus hava-damcı yolu ilə ötürülür. Hamilə qadınların koronavirusdan qorunma üsullarının əsasını ənənəvi gigiyena qaydaları təşkil edir. Xüsusilə əlləri ən az 20 saniyə sabun və su ilə yumaq son dərəcə vacibdir. Ağız, burun və
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Bildirilir ki, yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə hər 2 doza vaksini almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif olanların 3-cü doza (“buster” doza) ilə peyvəndlənmələri tövsiyə edilir. Bunun üçün vətəndaşlar saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus