Hans Klüge: "Azərbaycan koronavirus infeksiyasının öhdəsindən uğurla gəlir"

Hans Klüge: "Azərbaycan koronavirus infeksiyasının öhdəsindən uğurla gəlir"

“Azərbaycanda COVID-19 infeksiyasına qarşı aparılan peyvəndləmənin miqyası təqdirəlayiqdir. Ölkəniz koronavirus pandemiyasının öhdəsindən uğurla gəlir”. Bunu Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge kütləvi informasiya vasitələri nümayəndələrinə açıqlamasında deyib.
ÜST rəsmisi buna baxmayaraq, ehtiyatı əldən verməməyi tövsiyə edib: “Azərbaycanda COVID-19-a yoluxma hallarının nə qədər azaldığını görürük. Ölkədə peyvəndləmənin əhatə dairəsi də qənaətbəxşdir. Azərbaycan bu işin öhdəsindən gəlsə də, ehtiyatı əldən vermək lazım deyil. Xüsusilə payız fəslinin yaşlılar və immuniteti zəif olanlar üçün həssas dövr olduğunu unutmaq olmaz”.
Şamaxıya səfəri zamanı Hans Klüge qeyd edib ki, koronavirus əleyhinə peyvəndin mövsümi olması, yəni bir doza vurulmaqla məsələnin həll edilməsi arzuolunandır, lakin pandemiya davam etdiyindən hələ ki bu barədə düşünülmür: “Koronavirusla bağlı vəziyyət ümumilikdə yaxşı olsa da, yenə də xahiş edərdim ki, hər kəs öz sağlamlığı üçün peyvənd olunsun. Peyvənd olunanlar isə mütləq buster dozanı vurdursunlar”.
ÜST rəsmisi Azərbaycan tərəfindən peyvəndlərin və tibbi ləvazimatların digər dünya ölkələri ilə paylaşılmasının təqdirə layiq olduğunu deyib: “Buna görə ölkənizə təşəkkür edirəm. Çünki bu, qlobal həmrəyliyin möhkəmləndirilməsinə yönələn addımdır".
ÜST Avropa regional direktoru Azərbaycana rəsmi səfərinin çox faydalı olduğunu söyləyib. Bildirib ki, səfər zamanı Azərbaycanda Regional Təlim Mərkəzinin yaradılması barədə razılığa gəlinib: “Tibb işçiləri bu mərkəzə cəlb olunmaqla öz təcrübələrini artıracaqlar”.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova