Dünya Bankı Azərbaycanda rəqəmsal səhiyyənin inkişafı ilə bağlı təkliflər irəli sürüb

Dünya Bankı Azərbaycanda rəqəmsal səhiyyənin inkişafı ilə bağlı təkliflər irəli sürüb

Azərbaycan hökuməti ilə Dünya Bankı Qrupu (DB) arasında əməkdaşlıq çərçivəsində Səhiyyə Nazirliyində DB-nin Cənubi Qafqaz üzrə İnsan Resurslarının İnkişafı təcrübə Proqram Qrupunun rəhbəri Ahmet Levent Yenerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə səhiyyə naziri Teymur Musayev səhiyyə sisteminin təkmilləşdirilməsinin ölkəmiz üçün prioritet məsələ olduğunu vurğulayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dünya Bankı ilə müxtəlif sahələrdə əməkdaşlığın ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi bu sahədə Dünya Bankı ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Dünya Bankının nümayəndələri “Azərbaycanda Rəqəmsal Səhiyyə Ekosisteminin Qiymətləndirilməsi: 2022-2026-cı illər üçün Azərbaycanın Milli Səhiyyə İnformasiya Strategiyasının hazırlanması” layihəsi çərçivəsində ölkəmizdə rəqəmsal səhiyyənin inkişafı ilə əlaqədar təkliflərini təqdim ediblər.
İşgüzar və səmimi şəraitdə keçən görüş zamanı tərəflər Azərbaycanda elektron səhiyyə strategiyasının hazırlanmasında texniki yardım layihəsinin həyata keçirilməsini müzakirə ediblər.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova