Azərbaycanla Özbəkistan səhiyyə və tibb elmi sahəsində əməkdaşlığı intensivləşdirəcək

Azərbaycanla Özbəkistan səhiyyə və tibb elmi sahəsində əməkdaşlığı intensivləşdirəcək

Səhiyyə Nazirliyində Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev qonaqları salamlayaraq vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan münasibətləri qədim tarixə malikdir və yüksələn xətt üzrə inkişaf edir: “Xalqlarımızı oxşar milli adət və ənənələr, ortaq dil qrupu, mədəniyyət və din birləşdirir. Hazırda ölkələrimiz arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edir. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri xüsusi rol oynayır”.
Bildirilib ki, ölkələrimiz arasında səhiyyə sahəsində də uğurlu əməkdaşlıq əlaqələri qurulub, tibbin kardiologiya, invaziv radiologiya, transplantologiya və digər sahələrində çalışan mütəxəssis və həkimlərin təcrübə mübadiləsi və ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün qarşılıqlı səfərləri təşkil olunur.
İki qardaş ölkə arasında əməkdaşlıq formatının bir çox ölkələr üçün nümunəvi olduğunu vurğulayan Teymur Musayev gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişafına ümid etdiyini bildirib.
Öz növbəsində Bahrom Aşrafxanov ölkələrimiz arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq qurulmasını qeyd edib. Bildirib ki, Özbəkistan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsində, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsində maraqlıdır.
Azərbaycanın yeni növ koronavirus infeksiyası ilə mübarizədə mühüm uğurlar əldə etmiş ölkələr sırasında olduğunu vurğulayan Özbəkistan səfiri dost ölkələrin nazirlikləri arasında tibb elmi sahəsində və qlobal pandemiyaya qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində, birbaşa əlaqələrin vacibliyini qeyd edib.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın intensivləşdirilməsinin, eyni zamanda, əczaçılıq sənayesində gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.





Oktyabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova