QİÇS-in yayılmasının qarşısının alınması yolları müzakirə edilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Ölkə Əlaqələndirici Komissiyasının (CCM) təşəbbüsü ilə tibb müəssisələrinin rəhbərləri üçün QİÇS-in yayılmasının qarşısının alınması, sağlam və təhlükəsiz həyat tərzi barədə biliklərinin artırılması məsələləri üzrə seminar keçirib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən RQMM-in direktoru Famil Məmmədov insanın immunçatışmazlığı virusunun (İİV) sağlamlıq üçün təhlükələrindən danışıb,

30-11-2021, 09:09

Səhiyyə Nazirliyi, İTSDA və TƏBİB-n birgə məlumatı

Ölkənin səhiyyə qurumları yeni ştamı, dünya ölkələrinin mutasiyalarla bağlı təcrübələrini izləyir və yeni yoluxma hallarını nəzarətdə saxlayır Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıblar. Məlumatda deyilir: “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

30-11-2021, 09:05

Azərbaycanda ötən il və bu il qızılca və məxmərəyə yoluxma halı qeydə alınmayıb

Dünyada 2020-ci ildə 22 milyondan çox körpə COVID-19-a yoluxmaq nəticəsində qızılcaya qarşı peyvənd olunmayıb. Bu da 2019-cu illə müqayisədə 3 milyon uşaq çoxdur. Ölkəmizdə isə son bir ildə qızılcaya yoluxma halları qeydə alınmayıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva bununla əlaqədar olaraq deyib: “Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə 135 qızılca hadisəsi qeydə alınıb. Ötən il Ukrayna, Belçika, Türkiyə və digər ölkələrin hər birində

30-11-2021, 08:26

Səhiyyə Nazirliyi ilə BMT strukturları arasında əlaqələr diqqət mərkəzində

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev BMT-nin Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb. Səhiyyə Nazirliyində keçirilən görüşdə COVID-19 mövzusuna toxunan tərəflər Azərbaycanın pandemiya ilə mübarizədə uğurlu tədbirlər gördüyünü vurğulayıblar. Həmçinin Azərbaycanın peyvəndləmə səviyyəsi baxımından öndə gedən ölkələr sırasında olduğu qeyd edilib. Ölkədə tibbi xidmətlərin

31-10-2021, 13:13

Səhiyyə Nazirliyi ilə UNICEF arasında prioritet əməkdaşlıq istiqamətləri müzakirə edilib

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Aleks Haykens ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə tərəflər aparılan əməkdaşlığın uğurlu olmasını qeyd edərək, gələcəkdə də bu istiqamətdə səylər göstəriləcəyini vurğulayıblar. Həmçinin 2022-ci il üzrə prioritet əməkdaşlıq istiqamətləri müzakirə edilib. Eyni zamanda

31-10-2021, 13:07

Avropa İttifaqı və ÜST COVID xəstələrinin müalicəsi üçün avadanlıqları Səhiyyə Nazirliyinə təhvil verib

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə COVID-19-a yoluxmuş ağır xəstələrin müalicəsində istifadə olunması üçün 2 ədəd invaziv və 1 ədəd qeyri-invaziv süni tənəffüs aparatı, 4 xəstə monitoru, yüksək axınlı oksigen verilməsi üçün 12 nazal kannula və COVID-19-un aşkarlanması üçün 4000 PZR testi üçün reagent verib. Bundan əlavə, COVID-19 hallarının müşahidəsində istifadə üçün 100 ədəd tablet, 5 ədəd noutbuk, 5 ədəd modem və onlar üçün

31-10-2021, 13:04

Səhiyyə Nazirliyində BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəsi ilə görüş keçirilib

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP)Azərbaycanda fəaliyyət müddəti başa çatan rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Alessandro Frakassetti bildirib ki, Azərbaycanda fəaliyyəti zamanı onun rəhbərlik etdiyi qurum BMT-nin İnkişaf Proqramı çərçivəsində 30-a yaxın layihə həyata keçirib. Onların

31-10-2021, 13:00

Milli Məclisdə ölkəmizdə COVID-19-la bağlı vəziyyət mövzusunda dinləmələr keçirilib

Milli Məclisin Səhiyyə komitəsi ölkəmizdə yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlərlə bağlı dinləmələr keçirib. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisdə bu cür dinləmələrin keçirilməsinin artıq ənənə halını aldığını deyib. O, pandemiya ilə mübarizədə ölkəmizdəki vəziyyətin başqa dövlətlərlə müqayisədə çox yaxşı olduğunu söyləyib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə bu sahədə

31-10-2021, 12:18

ÜST Azərbaycanda təcili tibbi yardım sisteminin gücləndirilməsinə dəstək göstərir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisi Azərbaycanda təcili tibbi yardım sisteminin gücləndirilməsi məqsədilə yeni layihəyə başlayıb. Bu layihə Birləşmiş Millətlər Təşkilatının Yol Təhlükəsizliyi Fondu tərəfindən maliyyələşdirilir. Ofisdən bildirilib ki, layihənin ilk mərhələsində təcili tibbi yardım sisteminin əhatəli qiymətləndirilməsi həyata keçirilib. Bu qiymətləndirmə sistemin təşkili, idarə olunması, maliyyələşməsi, təcili yardım haqqında məlumat və onun keyfiyyətinin

31-10-2021, 10:41

Səhiyyə Nazirliyi vaksinasiya sahəsində yeniliklərlə bağlı məlumatlar yayıb

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Səhiyyə Nazirliyi bu sahədə tətbiq olunan yeniliklərlə bağlı əhaliyə bir neçə müraciət ünvanlayıb. Birinci məlumatda deyilir ki, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyinin və Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT “Pfizer” (“Comirnaty”) peyvəndinin

31-10-2021, 10:36




Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova