Ümumdünya Sağlamlıq Gününə həsr olunan tədbir keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında zabit və kursantların iştirakı ilə 7 Aprel – Ümumdünya Sağlamlıq Gününə həsr olunan “Zərərli vərdişlərdən uzaq ol!” mövzusunda maarifləndirici tədbir keçirib. Sağlam həyat tərzini təbliğ etmək, gənc nəsli zərərli vərdişlərin sağlamlığa mənfi təsirləri barədə maarifləndirmək məqsədi daşıyan tədbirdə Polis Akademiyasının Tibb sanitariya hissəsinin rəisi, tibb xidməti mayoru30-04-2023, 12:42




