Səhiyyə nazirinin müavini BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sessiyasında iştirak edir

Səhiyyə nazirinin müavini BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sessiyasında iştirak edir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında Azərbaycan Respublikası hökumətinin altıncı dövri məruzəsinin təqdimatı ilə əlaqədar nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində səfərdə olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində həmçinin səhiyyə nazirinin müavini İlqar Qasımov təmsil olunub.
Sonuncu beşinci dövri hesabatın təqdimatı sessiya üzvləri tərəfindən maraqla dinlənilib, tövsiyələr nəticəsində qanunvericilik islahatlarının keçirilməsi yüksək qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycan hökuməti qadın hüquqlarının təşviqi sahəsində beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə xüsusi önəm verir.





İYUN-2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova