Asiya İnkişaf Bankı Azərbaycan səhiyyə sistemində aparılan islahatları dəstəkləyir

Asiya İnkişaf Bankı Azərbaycan səhiyyə sistemində aparılan islahatları dəstəkləyir

Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının Qərbi və Mərkəzi Asiya Departamentinin Sosial sektor bölməsinin direktoru Rie Hiraoka ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, görüş zamanı qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev xatırladıb ki, ölkəmiz 1999-cu ildən etibarən Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edir: “Azərbaycan və Asiya İnkişaf Bankı arasında əlaqələr çoxşaxəlidir. Eyni zamanda, birgə regional əməkdaşlıq hər il yüksələn xətlə inkişaf edir”.
COVID-19 pandemiyası mövzusuna toxunan səhiyyə naziri yeni növ koronavirus infeksiyasının mənfi təsirinin azaldılması məqsədilə Asiya İnkişaf Bankı tərəfindən ölkəmizə texniki yardımın ayrıldığını vurğulayıb, yardıma və dəstəyə görə minnətdarlığını bildirib.
Teymur Musayev gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.
Öz növbəsində Rie Hiraoka bildirib ki, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının 2015-ci ildə Bakıda uğurla keçirilməsi qarşılıqlı etimad və hörmət üzərində qurulmuş tərəfdaşlığımızın bariz nümunəsidir. Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayan Rie Hiraoka qurumun ölkəmizin səhiyyə sistemində aparılan islahatları dəstəklədiyini bildirib.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.





Aprel 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova