Türkiyə səhiyyə naziri Fahrettin Koca Azərbaycanda işgüzar səfərdə olub

Türkiyə Respublikasının səhiyyə naziri Fahrettin Kocanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana ikigünlük işgüzar səfəri baş tutub. Əvvəlcə Türkiyə nümayəndə heyəti Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə birlikdə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, böyük alim,

30-09-2022, 10:59

Əhalinin tibbi sığorta imkanlarını artırmaq məqsədilə Memorandum imzalanıb

Əhalinin tibbi sığorta imkanlarının artırılması məqsədilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, sənədi səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev və “Azərbaycan Sığortaçılar Assosiasiyası” Müşahidə Şurasının sədri Azər Əliyev imzalayıblar.

30-09-2022, 10:58

Səhiyyə naziri Vətən müharibəsində yaralanan veteranları ziyarət edib

Səhiyyə naziri Teymur Musayev Buzovna qəsəbəsində yerləşən Sanator-Kurort Reabilitasiya Mərkəzində bərpa-müalicə xidmətlərindən yararlanan Vətən müharibəsi veteranlarını ziyarət edib. Nazirliyin mətbuat xidmətindən bildirilir ki, səmimi şəraitdə keçən görüşdə Teymur Musayev 44 gün davam edən Vətən müharibəsinin təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndiyini xatırladıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm

30-09-2022, 10:57

Bakıda Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və sərgisi keçirilib

Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin səhiyyə nazirliklərinin dəstəyi ilə Bakıda Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu keçirilib. Forum çərçivəsində səhiyyə sərgisi də təşkil olunub. Tədbirin açılış mərasimində əvvəlcə Azərbaycan və Türkiyə Dövlət Himnləri səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə ilk çıxış edən Azərbaycan səhiyyə naziri Teymur Musayev Türkiyə Respublikası ilə

30-09-2022, 10:57

Səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Litva əməkdaşlığının perspektivləri müzakirə olundu

Səhiyyə Nazirliyində Azərbaycanda üçgünlük işgüzar səfərdə olan Litva səhiyyə nazirinin müavini xanım Ausra Bilotiene-Motiejuniene ilə görüş keçirilib. Görüşdə həmçinin Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Egidius Navikas da iştirak edib. Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Litva əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub. Qonaqları salamlayan səhiyyə naziri Teymur

30-09-2022, 10:56

Azərbaycan - Türkmənistan səhiyyə əməkdaşlığı məsələləri müzakirə edilib

Səhiyyə Nazirliyində Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovla tanışlıq xarakteri daşıyan görüş keçirilib. Qonaqları salamlayan nazir Teymur Musayev Qurbanməmmet Elyasovu Türkmənistanın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. O, dövlət başçılarının mütəmadi görüşlərinin və əldə olunan razılaşmaların Azərbaycan-Türkmənistan münasibətlərini daha yüksək səviyyəyə qaldırdığını vurğulayıb. Bir çox sahələrdə ikitərəfli

30-09-2022, 10:54

Səhiyyə Nazirliyində ÜST-nin Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan səhiyyəsində səhiyyə sistemini gücləndirmək və universal tibbi təminata nail olmaq məqsədilə əhəmiyyətli dəyişikliklər həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yerli tərəfdaşlarla sıx əməkdaşlıq edərək, bu sahədə Azərbaycana fəal dəstək olur. Ehtiyacların qiymətləndirilməsi, ilkin səhiyyə, xəstəxana xidmətləri və tibb işçiləri üçün təlimlər sahəsində dəstəyə ehtiyac olan istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə ÜST-nin ölkə ofisi Azərbaycana ekspert missiyası təşkil

30-09-2022, 10:54

Səhiyyə Nazirliyi ilə UNICEF arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub

Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens ilə görüş keçirilib. Qonaqları salamlayan nazir Teymur Musayev Azərbaycan ilə UNICEF arasında əlaqələrin çoxşaxəli və səmərəli olduğunu vurğulayıb: “Hökumət və vətəndaş cəmiyyəti ilə birgə əməkdaşlıq edən BMT-nin Uşaq Fondu səhiyyə, təhsil, gənclərin humanitar fəaliyyət sahəsində iştirakı, ana və uşaqların sağlamlığının qorunması kimi sahələrin inkişafına

30-09-2022, 10:45

Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının toplantısı keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) 56-cı iclası keçirilib. Toplantının məqsədi İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən və Səhiyyə Nazirliyinin Əsas Resipiyent olduğu İİV/Vərəm qrantı çərçivəsində bu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və fəaliyyətlər haqqında məlumat verilməsi və müzakirələr aparılması olub. İclasda

30-09-2022, 10:35

Səhiyyə Nazirliyində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib

2020-ci ildə Vətən müharibəsinin başlandığı gün ölkəmizdə Vətən müharibəsi şəhidlərinin anım günü kimi qeyd olunur. Anım günündə saat 12:00-da, bütün ölkədə olduğu kimi, Səhiyyə Nazirliyinin rəhbərliyi, kollegiya üzvləri və kollektivi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, Azərbaycanın qəhrəman övladları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin

30-09-2022, 10:03




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova