Əhalinin tibbi sığorta imkanlarını artırmaq məqsədilə Memorandum imzalanıb

Əhalinin tibbi sığorta imkanlarını artırmaq məqsədilə Memorandum imzalanıb

Əhalinin tibbi sığorta imkanlarının artırılması məqsədilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, sənədi səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev və “Azərbaycan Sığortaçılar Assosiasiyası” Müşahidə Şurasının sədri Azər Əliyev imzalayıblar.
Əhalinin sağlamlığının qorunması, tibbi sığorta imkanlarının artırılması nəticəsində səhiyyə xidmətlərinin səmərəli təşkili, bu sahədə dayanıqlı iqtisadi inkişafa nail olunması, dövlət və özəl sığorta subyektləri arasında əməkdaşlıq münasibətlərinin inkişafı Memorandumun əsas məqsədlərindəndir. Eyni zamanda, sənəddə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və özəl sığorta şirkətləri arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, məlumat mübadiləsinin və maarifləndirmə tədbirlərinin təşkili və digər zəruri tədbirlərin həyata keçirilməsi əks olunub.
Memorandumda qeyd olunan bəndlərin icrası məqsədilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin təqdimatı əsasında özəl sığorta şirkətlərinin nümayəndələrindən ibarət İşçi Qrup yaradılır.
İşçi Qrupa tibbi sığorta sahəsində dövlət və özəl sektorların əməkdaşlığı, icbari tibbi sığorta ilə əhatə olunan tibbi xidmətlər sahəsində maarifləndirici təlimlərin təşkili, özəl sığorta şirkətlərinin icbari tibbi sığorta ilə əhatə olunmayan tibbi xidmətlər üzrə sığorta təkliflərinin verilməsində maraqlarının artırılması ilə bağlı tədbirlər görmək, tamamlayıcı tibbi sığorta sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, inzibatçılığın tətbiqi zamanı qarşıya çıxan problemlərin araşdırılması və həllinə dair təkliflər vermək tapşırılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova