Azərbaycan - Türkmənistan səhiyyə əməkdaşlığı məsələləri müzakirə edilib

Azərbaycan - Türkmənistan səhiyyə əməkdaşlığı məsələləri müzakirə edilib

Səhiyyə Nazirliyində Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovla tanışlıq xarakteri daşıyan görüş keçirilib.
Qonaqları salamlayan nazir Teymur Musayev Qurbanməmmet Elyasovu Türkmənistanın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. O, dövlət başçılarının mütəmadi görüşlərinin və əldə olunan razılaşmaların Azərbaycan-Türkmənistan münasibətlərini daha yüksək səviyyəyə qaldırdığını vurğulayıb.
Bir çox sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini söyləyən Teymur Musayev milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi üçün böyük potensialın olduğunu deyib: “Səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində Türkmənistan ilə əməkdaşlığımız beynəlxalq müstəvidə - Ümumdünya Səhiyyə Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində aparılır. Eyni zamanda, hazırda Azərbaycan Tibb Universitetində Türkmənistanın 6 vətəndaşı ali tibb təhsili alır”.
Qurbanməmmet Elyasovun səhiyyə sahəsində böyük təcrübəyə malik olduğunu və Türkmənistanın səhiyyə və tibb sənayesi naziri vəzifəsində çalışdığı illəri xatırladan Teymur Musayev ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində Qurbanməmmet Elyasov Türkmənistanın Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib. O, tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılmasını bildirib.
Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları, eyni zamanda, post-COVID dövründə ölkələrimizin vətəndaşlarının sağlamlığınin bərpası və reabilitasiyası məqsədilə sanatoriya-kurort xidmətlərinin təkmilləşdirilməsi müzakirə olunub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova