Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının toplantısı keçirilib

Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının toplantısı keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) 56-cı iclası keçirilib.
Toplantının məqsədi İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən və Səhiyyə Nazirliyinin Əsas Resipiyent olduğu İİV/Vərəm qrantı çərçivəsində bu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və fəaliyyətlər haqqında məlumat verilməsi və müzakirələr aparılması olub.
İclasda Səhiyyə Nazirliyinin və aparıcı səhiyyə qurumlarının məsul şəxsləri, ÖƏK-ə üzv olan qurumların, beynəlxalq təşkilatlarının, həmçinin vərəm və İİV-lə mübarizə üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə giriş sözü ilə səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edib. Qlobal Fondun ölkəmizə verdiyi dəstəyi və tövsiyələri yüksək qiymətləndirən N.Zeynalov nazirlik tərəfindən görülmüş işlər barədə qısa məlumat verib.
İclasda ÖƏK Katibliyi tərəfindən iyun-avqust aylarında ÖƏK-in fəaliyyəti çərçivəsində görülmüş işlər barədə, eyni zamanda, qrantın Əsas Resipiyenti olan Səhiyyə Nazirliyi, sub-resipiyent qurumlar olan Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qrant çərçivəsində görülmüş işlər barədə təqdimatlar edilib, müzakirələr aparılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova