Səhiyyə Nazirliyində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib

Səhiyyə Nazirliyində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib

2020-ci ildə Vətən müharibəsinin başlandığı gün ölkəmizdə Vətən müharibəsi şəhidlərinin anım günü kimi qeyd olunur.
Anım günündə saat 12:00-da, bütün ölkədə olduğu kimi, Səhiyyə Nazirliyinin rəhbərliyi, kollegiya üzvləri və kollektivi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, Azərbaycanın qəhrəman övladları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. T.Musayev 30 illik həsrətə şəhidlərimizin qanı, eyni zamanda, əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi böyük fədakarlığı hesabına son qoyulduğunu vurğulayıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı hərbçilərimizə şəfa versin!







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova