İsrailin “BioPharmax” şirkəti Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlıdır
Azərbaycan Səhiyyə Nazirliyində İsrailin tibb məhsullarının istehsalı üzrə aparıcı şirkətlərindən biri olan “BioPharmax” şirkətinin rəhbər heyəti ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı səhiyyə naziri Teymur Musayev səhiyyə və tibb elmi sahəsində Azərbaycan – İsrail əməkdaşlığının səmərəli olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ölkələrimiz virusologiya, mikrobiologiya və səhiyyənin digər yüksək texnologiyalı sahələrində uğurla əməkdaşlıq edir.31-05-2023, 09:34




