Səhiyyə naziri Vətən müharibəsində yaralanan veteranları ziyarət edib

Səhiyyə naziri Vətən müharibəsində yaralanan veteranları ziyarət edib
Səhiyyə naziri Teymur Musayev Buzovna qəsəbəsində yerləşən Sanator-Kurort Reabilitasiya Mərkəzində bərpa-müalicə xidmətlərindən yararlanan Vətən müharibəsi veteranlarını ziyarət edib.
Nazirliyin mətbuat xidmətindən bildirilir ki, səmimi şəraitdə keçən görüşdə Teymur Musayev 44 gün davam edən Vətən müharibəsinin təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndiyini xatırladıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını vurğulayıb.
Nazir şəhid ailələrinə və veteranlara qayğının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu bildirib. “Xalqımız Vətən uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla anır”, - deyən nazir fikirlərini belə tamamlayıb: “Hər birimiz Vətən uğrunda canlarından, qanlarından keçən və şəhidlik zirvəsinə ucalan igid Azərbaycan övladlarına həyatımızın sonuna qədər borcluyuq. Qələbəni əsgər və zabitlərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq. Bizə bəxş etdiyiniz bu Qələbəyə görə Sizə minnətdarıq”.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova