Səhiyyə Nazirliyində ÜST-nin Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində ÜST-nin Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan səhiyyəsində səhiyyə sistemini gücləndirmək və universal tibbi təminata nail olmaq məqsədilə əhəmiyyətli dəyişikliklər həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yerli tərəfdaşlarla sıx əməkdaşlıq edərək, bu sahədə Azərbaycana fəal dəstək olur. Ehtiyacların qiymətləndirilməsi, ilkin səhiyyə, xəstəxana xidmətləri və tibb işçiləri üçün təlimlər sahəsində dəstəyə ehtiyac olan istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə ÜST-nin ölkə ofisi Azərbaycana ekspert missiyası təşkil edib.
Səhiyyə Nazirliyində ÜST-nin Qiymətləndirmə Missiyasının ölkəmizdə işgüzar səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkəmizin ÜST ilə əməkdaşlığa böyük önəm verdiyini deyib. Onun sözlərinə görə, 30 il ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib.
ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klügenin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev ilə və Səhiyyə Nazirliyində keçirilən görüşləri xatırladan Teymur Musayev nüfuzlu səhiyyə təşkilatının regional direktorunun ölkəmizə səfərinin əlaqələrimizə töhfə verəcəyinə əminliyini ifadə edib.
Nazir COVID-19-la mübarizədə ölkə daxilində görülən işləri, bu kontekstdə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım və irəli sürdüyü təşəbbüsləri qeyd edib. Vurğulanıb ki, Azərbaycanın pandemiya ilə mübarizədə gördüyü işlər və əldə etdiyi nailiyyətlər ÜST-nin baş direktoru Tedros Gebreyesus tərəfindən də yüksək qiymətləndirilib.
Teymur Musayev ÜST-nin Azərbaycan üzrə nümayəndəliyinin ölkə səhiyyəsinin təkmilləşdirilməsi və müasirləşdirilməsi işində fəallığını qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən ÜST-nin ölkəmizdəki nümayəndəliyinin əməkdaşı Halil İbrahim Durak qeyd edib ki, son 5 ildə Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması və tibbi xidmətlərlə hərtərəfli əhatəyə nail olunması istiqamətində mühüm işlər görülüb. Vurğulanıb ki, Azərbaycanda ilkin səhiyyə xidmətinin gücləndirilməsi ÜST üçün dəyişməz prioritetdir.
Bundan əlavə, ÜST-nin ölkəmizdəki nümayəndəliyi Azərbaycan hökumətinə COVID-19-a hazırlıq və cavab tədbirləri, infeksiyaların qarşısının alınması və nəzarət, təcili tibbi yardım sistemi, fövqəladə hallarda psixi sağlamlıq və psixososial dəstək və digər sahələrdə dəstək verir.
Qeyd edək ki, 9 beynəlxalq ekspertdən və ÜST Azərbaycan ofisinin 8 tibb mütəxəssisindən ibarət Qiymətləndirmə Missiyasının məqsədi Azərbaycanda səhiyyə işçi qüvvəsinin inkişafını, ilkin səhiyyə xidməti sahəsində ÜST-nin dəstəyini uğurlu planlaşdırmaq, səhiyyə sisteminin müxtəlif strukturlarının və funksiyalarının resurslarını təhlil etmək, davam edən “Azərbaycanda ilkin səhiyyə xidməti üzrə nümayiş layihəsi” üçün tövsiyələr vasitəsilə ölkəmizdə ilkin səhiyyə xidmətinin gələcək təşkili ilə bağlı baxışlara töhfə vermək, dövlət və özəl xəstəxanaları ziyarət edərək xəstəxana xidmətlərinin göstərilməsini qiymətləndirməkdir.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova