Ümumdünya Qlaukoma ilə Mübarizə Günü qeyd olundu
Martın 6-sı dünyanın bir sıra ölkələrində Ümumdünya Qlaukoma ilə Mübarizə Günü kimi qeyd edilir. Bu gün 2008-ci ildən Ümumdünya Qlaukoma Cəmiyyətləri və Ümumdünya Qlaukomalı Xəstələr Assosiasiyalarının təşəbbüsü ilə keçirilir. Gözdaxili təzyiqin artması ilə səciyyələnən qlaukoma ən geniş yayılmış və təhlükəli oftalmoloji xəstəliklərdən biridir. Bu xəstəlik nəticəsində itirilən görmə qabiliyyəti bərpa olunmur. Həkimlərin fikrincə, qlaukoma 60-dan artıq patologiya nəticəsində yaranır. Bu31-03-2022, 11:27