Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstə uşaqlara baş çəkib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlarla görüşüb.
Leyla Əliyeva bu barədə rəsmi instaqram səhifəsində paylaşım edib.
Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klinikasında keçirilən görüş zamanı Leyla Əliyeva uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb.
Klinikada müalicə olunan uşaqlara hədiyyələr təqdim edilib.