“Açıq mənbələrdən epidemioloji tədqiqat”

“Açıq mənbələrdən epidemioloji tədqiqat”

Azərbaycanda ÜST-nin layihələri çərçivəsində bu mövzuda tədbir keçirilib


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə ictimai səhiyyə sahəsində yaxından əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində qurumun ölkəmizə göstərdiyi dəstək ictimai səhiyyə sahəsində fövqəladə halların erkən aşkarlanması, qarşısının effektiv formada alınması və cavab tədbirlərinin vaxtında aparılması məqsədini daşıyır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qlobal səviyyədə miqrasiyanın artması regional və yerli miqyasda xəstəliklərin alovlanması və yayılması ehtimalını artırır, ictimai sağlamlıq təhlükəsizliyi üçün əhəmiyyətli dərəcədə risk yaradır. Bu vəziyyət yerli, milli və qlobal səviyyələrdə xəstəlik risklərinin vaxtında aşkarlanmasına, insanların sağlamlığının ətraf mühit amillərinin mənfi təsirindən qorunmasına, möhkəmləndirilməsinə və epidemioloji salamatlığın təmin edilməsinə olan ehtiyacı bir daha önə çıxarır.
Bunu nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatının “Qlobal sağlamlıq təhlükəsizliyi təşəbbüsü” və “Erkən xəbərdarlıq və hesabat” layihələri çərçivəsində “Açıq Mənbələrdən Epidemioloji Tədqiqat” mövzusunda tədbir keçirilib.
Üçgünlük tədbirdə ÜST-nin Avropa Regional Ofisinin ekspertləri, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.
Toplantının məqsədi dünyada baş verən fövqəladə hadisələr barədə ictimai səhiyyə sahəsində ölkə üzrə əlaqələndirici olan Səhiyyə Nazirliyinə məlumatların operativ şəkildə ötürülməsi və təxirəsalınmaz cavab tədbirlərinin təşkili üçün mütəxəssislərin hazırlanması idi.
Tədbir iştirakçıları ictimai sağlamlıq riskləri və təhlükələrinin erkən aşkarlanması, araşdırılması, qiymətləndirilməsinə xidmət edən Vahid Sağlamlıq yanaşmasını yaratmaq və təkmilləşdirmək məqsədilə qlobal multidisiplinar mütəxəssislər şəbəkəsinin qurulması və milli səviyyədə ictimai səhiyyə fəaliyyətinin gücləndirilməsi üsulları haqqında məlumatlar əldə ediblər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova