Kardiologiya İnstitutu bölgələrdə müayinə aksiyaları təşkil edib

Kardiologiya İnstitutu bölgələrdə müayinə aksiyaları təşkil edib

Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu ölkə ərazisində şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiyaları davam etdirir.
Növbəti belə aksiya Quba şəhərində keçirilib. Tədbir zamanı həmin həssas kateqoriyalardan olan, Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan 150-dən artıq vətəndaş kardioloji, endokrinoloji, nevroloji və şüa-diaqnostik müayinələrdən keçirilib. Onlara EKQ, ExoKQ müayinəsi aparılıb.
Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
Eyni zamanda, Kardiologiya İnstitutunun bir qrup əməkdaşı Kürdəmir rayonunda şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün analoji tibbi aksiya keçirib.
Hər iki aksiya yüksək səviyyədə baş tutub və əhali tərəfindən məmnunluqla qarşılanıb.
İnstitutun direktoru professor Gülnaz Dadaşova kütləvi informasiya vasitələrinə açıqlamasında bildirib ki, Vətən müharibəsində fədakarlıq göstərən, canları, qanları bahasına torpaqlarımızı işğaldan azad edərkən şəhidlik məqamına yüksələnlərin və qazilərimizin haqqı ödənilməzdir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında bunu dəfələrlə vurğulayıb. Elmi Tədqiqat Kardiologiya İnstitutunun rəhbərliyi və kollektivi bu fikirləri əsas tutaraq daim şəhid ailələrinin, qazilərin yanında olur, onlara hərtərəfli dəstək göstərir.
Mütəmadi şəkildə aparılan belə aksiyalar nəticəsində artıq 1000 nəfərə yaxın vətəndaş müayinələrdən keçirilib. Bu tədbirlər davamlı olaraq digər bölgələrdə də aparılacaq.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova