Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında şəhid və qazi ailələri üçün aksiya keçirilir
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasında şəhid və qazi ailələrinin üzvləri üçün aksiyaya start verilib.
Universitetdən xəbər verildiyinə görə, ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru Mahir Səfərov aksiya çərçivəsində şəhid və qazi ailələrinin üzvlərinin ödənişsiz stomatoloji müayinələrinin və müalicəsinin aparıldığını deyib: “Klinikanın tədris bazasında həkimlərimiz tərəfindən şəhid və qazi ailələrinin üzvlərinə lazımi tibbi xidmətlər göstərilir. Aksiya çərçivəsində pulsuz müayinələrlə yanaşı, xəstələrə hər növ stomatoloji yardım göstərilir – dişlərin kompüter tomoqrafiyasının aparılması, plomb qoyulması, müalicəsi, dişin çıxarılması kimi stomatoloji prosedurlar aparılır. Qeyd edim ki, ATU-nun Stomatoloji Klinikasının kollektivi müharibə qəhrəmanlarının və onların ailə üzvlərinin tibbi problemlərinə daim diqqət və qayğı ilə yanaşır”.
Şəhid və qazi ailə üzvləri üçün stomatoloji aksiya oktyabrın 27-də başlayıb və iki həftə davam edəcək. Həmin aksiya Vətən müharibəsi qəhrəmanlarına sosial qayğının gücləndirilməsi işinə ATU-nun bir töhfəsidir.