Azərbaycanda İİV üzrə yeni layihəyə start verilib

Azərbaycanda İİV üzrə yeni layihəyə start verilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda risk qrupları arasında insanın immunçatışmazlığı virusuna (İİV) yoluxma hallarının qiymətləndirilməsi və virusla mübarizənin təkmilləşdirilməsi məqsədilə Qlobal Fondun dəstəyi ilə yeni layihənin icrasına başlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar olaraq, “İnteqrasiya olunmuş davranış və bioloji nəzarət üzrə tədqiqat”a start verilib və təlim kursu keçirilib.
Təlimə İİV virusuna yoluxmuş həssas qruplara xidmət göstərən sosial işçilər cəlb olunublar. Onlar ölkəmizin 9 regionunda seçmə üsulu ilə aparılacaq tədqiqatlarda iştirak edəcəklər.
Məqsəd İİV-ə yoluxmağa yüksək risk təşkil edən əhali qrup nümayəndələrinin davranışlarının tədqiqi və virusun yayılma səviyyəsinin dəqiq öyrənilməsidir.
Təlimdə iştirakçılara yeni tədqiqat üsulu ilə bağlı ətraflı məlumat verilib, prosesin icra ardıcıllığı slaydlarla əyani izah edilib, hədəfə çatmaq üçün görüləcək digər işlər müzakirə olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova