Səhiyyə Nazirliyi ilə ÜST arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Səhiyyə Nazirliyi ilə ÜST arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə gələcəkdə birgə layihələrin həyata keçirilməsi ətrafında faydalı müzakirələr aparılıb. Layihələr Azərbaycanda 2024-2025-ci illər üçün immunizasiya proqramı üzrə Birgə Strategiyanın hazırlanması, səhiyyə informasiya sistemlərinin təkmilləşdirilməsi, COVID-19 qlobal pandemiyası ilə bağlı uğurlu fəaliyyətlərin dəstəklənməsi, səhiyyə sahəsində fövqəladə hallara hazırlıq üzrə birgə qrupun yaradılması, ilkin səhiyyə xidmətinin gücləndirilməsinə dəstək və s. kimi istiqamətləri əhatə edir.
Səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb, bildirib ki, ötən müddət ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib.
Nazir çıxışında ilkin səhiyyə xidmətinin gücləndirilməsinin universal tibbi təminatın əsasını təşkil etdiyini vurğulayıb. Qeyd edib ki, nazirlik tərəfindən elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyalardan istifadə istiqamətlərində mühüm addımlar atılır.
ÜST ekspertlərinin ictimai səhiyyə sahəsində çoxillik təcrübəsini vurğulayan Teymur Musayev Azərbaycanın regionlarında ailə həkimi təsisatının yaradılması istiqamətində dinamik əməkdaşlığın vacibliyini qeyd edib.
COVID-19 infeksiyası ilə mübarizə mövzusuna toxunan Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatının koronavirus pandemiyası ilə bağlı fəaliyyətini daim dəstəklədiyini vurğulayıb. O, Azərbaycanla ÜST arasında əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə təşkilatın ölkəmizdəki nümayəndəliyinə təşəkkür edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
2030-cu ilədək Avropa İmmunlaşdırma Gündəliyi mövzusuna toxunan H.Harmancı immunizasiya proqramının ölkələr daxilində və ölkələr arasında peyvənd əhatəsində bərabərsizliklərlə mübarizə üçün yeni istiqamət verəcəyini söyləyib. ÜST nümayəndəliyinin rəhbəri Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə uzunmüddətli sıx əməkdaşlığını vurğulayaraq, ÜST-nin ilkin səhiyyə xidmətinin gücləndirilməsinə dəstək tədbirlərinə hər cür köməklik göstərməyə hazır olduğunu deyib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova