Sizin Reklam Burada!

İordaniya Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın genişlənməsində maraqlıdır

Səhiyyə naziri Teymur Musayev İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə səhiyyə sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər tibbi xidmətlərin təşkili, rəqəmsal səhiyyə, tibb elmi, əczaçılıq və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərini

31-07-2026, 12:39

Səhiyyə naziri ATU məzunlarını təbrik edib

Azərbaycan Tibb Universitetində (ATU) məzun günü keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Məzun günündə dövlət və ictimaiyyət nümayəndələri, Milli Məclisin üzvləri, səhiyyə işçiləri, universitetin professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev məzunları təbrik edərək bildirib ki, bu gün onların həyatında yeni

31-07-2026, 12:36

İSİM-də Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə iqlim dəyişikliyinin səhiyyəyə təsiri üzrə məsləhətçi David Angelson, AİB-in layihələr üzrə baş mütəxəssisi Səbinə Yusifova, Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Rəna Hüseynova və İSİM-in nümayəndələri iştirak ediblər. İSİM-in direktoru Səbinə Babazadə qonaqları salamlayaraq, iqlim dəyişikliyinin insan sağlamlığına

31-07-2026, 12:00

“Böyük Qayıdış” proqramı çərçivəsində Xankəndidə növbəti aksiya keçirilib

Səhiyyə Nazirliyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həmin bölgələrdə əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində tədbirləri davam etdirir. Qarabağ və Şərqi Zəngəzurda yaşayan əhalinin keyfiyyətli və ixtisaslaşmış tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən növbəti səyyar tibbi müayinə aksiyası Xankəndi şəhərində təşkil olunub.

31-07-2026, 11:58

Azərbaycan nümayəndə heyəti ÜST tədbirində mükafata layiq görülüb

ÜST-nin Avropa Regional Bürosunun təşkil etdiyi Səhiyyə Xidmətlərinin Keyfiyyəti və Pasiyent Təhlükəsizliyi üzrə Regional Məktəbdə Azərbaycan nümayəndə heyəti ölkəmizdə səhiyyə xidmətlərinin keyfiyyəti, tibb müəssisələrinin akkreditasiyası və pasiyent təhlükəsizliyi istiqamətində həyata keçirilən islahatları və əldə olunan nəticələri əks etdirən poster təqdim edib. Tədbirdə müxtəlif ölkələrdən olan mütəxəssislər səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, pasiyent təhlükəsizliyinin

31-07-2026, 11:54

Uşaqların peyvəndlə əhatə olunmasına dair dəyirmi masa keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) uşaqlar arasında peyvəndlə əhatə olunmanın qiymətləndirilməsi, əldə olunan nəticələrin təhlili və növbəti addımlara həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova, Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, İSİM-in direktoru Səbinə Babazadə və Respublika Gigiyena və Epidemiologiya

31-07-2026, 10:51

Azərbaycanda uşaq psixi sağlamlığı üzrə tədbirlər Tacikistanda təqdim olunub

Tacikistan Respublikasının Düşənbə şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun təşkilatçılığı ilə uşaq və yeniyetmələrə göstərilən psixi sağlamlıq xidmətlərinin keyfiyyətinin artırılmasına həsr olunmuş regional görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova və Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Rəna Hüseynova iştirak ediblər. Bu barədə

31-07-2026, 09:57

İsrailli tibb mütəxəssisləri Səhiyyə Nazirliyinin mükafatlarına layiq görülüblər

Səhiyyə Nazirliyində İsrailin Soroka Universiteti Tibb Mərkəzinin Uşaq neyrocərrahiyyəsi şöbəsinin direktoru Mikki Gideon “Səhiyyə Əlaçısı” döş nişanı ilə təltif edilib. Həmçinin “Azərbaycanda İsrail pediatriya həftəsi” layihəsinin təsisçisi Elana Cantor layihənin ölkəmizdə uğurla həyata keçirilməsi, çoxillik səmərəli fəaliyyəti və Azərbaycan – İsrail tibbi əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Səhiyyə Nazirliyinin Fəxri Fərmanına layiq görülüb. Bu barədə nazirliyin mətbuat

30-06-2026, 14:41

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Səhiyyə naziri Teymur Musayev və elm və təhsil naziri Emin Əmrullayev işğaldan azad edilmiş ərazilərə səfər edib, Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və Qarabağ Universitetinin Klinikasına baş çəkiblər. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqlar əvvəlcə Qarabağ Universitetinin əsas binası ilə tanış olublar. Onlara universitet rəhbərliyi tərəfindən həyata keçirilən təhsil və inkişaf strategiyası barədə məlumat verilib. Sonra nümayəndə

30-06-2026, 14:40

Səhiyyə Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında dərman və tibb vasitələrinə nəzarət sahəsində əməkdaşlıq gücləndirilir

Dərman preparatlarının, tibb vasitələrinin və sanitariya nəzarətinə düşən malların idxal-ixrac əməliyyatlarının tənzimlənməsi, dərman vasitələrinin qaçaqmalçılığı ilə mübarizə, psixotrop maddələrin qanunsuz dövriyyəsinə gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədilə Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə səhiyyə naziri Teymur Musayev, Dövlət Gömrük

30-06-2026, 14:39


Avqust 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova