Sizin Reklam Burada!

Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının növbəti məzun buraxılışının əhəmiyyəti vurğulanıb.
Yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasında mühüm rol oynayan filial Azərbaycan – Rusiya əməkdaşlığının uğurlu nümunələrindən biri kimi dəyərləndirilib.
Görüş zamanı Azərbaycan ilə Rusiya arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko və universitetin Bakı filialının rektoru Əziz Əliyev iştirak ediblər.


Xəbəri paylaş


Iyul 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova