Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. AZƏRTAC xəbər verir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna təklif edilən dəyişikliklər ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi məqsədi daşıyır.30-09-2026, 10:07




