"Periprostetik infeksiya: Diaqnostika, müalicə və müasir konsepsiya"

Bakıda bu mövzuda beynəlxalq praktik təlim kursu keçirilib Bakıda Azərbaycan travmatoloq və ortopedləri üçün "Periprostetik infeksiya: Diaqnostika, müalicə və müasir konsepsiya" mövzusunda beynəlxalq praktik təlim kursu keçirilib. Kurs travmatologiya və ortopediyanın artroplastika (oynaq dəyişmə) sahəsinin ən ağır probleminə – irinli fəsadlaşmalara həsr edilib. AZƏRTAC xəbər verir ki, beynəlxalq kursda paytaxtla yanaşı, ölkənin müxtəlif regionlarından 150 travmatoloq-ortoped və

31-03-2025, 09:42

Səhiyyə mütəxəssisləri üçün farmakonəzarət sistemi üzrə seminarlar keçirilib

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə səhiyyə mütəxəssisləri üçün “Farmakonəzarət”, “Əlavə təsirlər. Səbəb-nəticə əlaqəsinin qiymətləndirilməsi”, “Risklərin minimallaşdırılması tədbirləri” mövzularında seminar-treninq keçirib. AEM-dən verilən məlumata görə, seminar-treninqdə ümumilikdə 24 dövlət müalicə-profilaktika müəssisəsindən 29 nümayəndə iştirak edib. Təlimdə AEM-in Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov qeyd

31-03-2025, 09:33

Cəbrayılda ikigünlük səyyar oftalmoloji müayinələr keçirilib

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərə köçürülən vətəndaşlar arasında müxtəlif xəstəliklərin aşkarlanması məqsədilə kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi üzrə silsilə tədbirləri davam etdirir. Növbəti belə aksiya nazirliyin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası

31-03-2025, 09:29

Səhiyyə məlumatlarının vahid məkanda birləşdirilməsi Rəqəmsal Səhiyyə Mərkəzinin prioritetlərindəndir

Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə qurumun fəaliyyəti ilə bağlı nazirliyin mətbuat xidmətinə müsahibə verib. - Cəbrayıl müəllim, rəhbərlik etdiyiniz “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi” yenilənərək, “Rəqəmsal Səhiyyə Mərkəzi” adı ilə fəaliyyət göstərməyə başlayıb. Bu qərar hansı zərurətdən yaranıb və bu dəyişiklik nə kimi perspektivlər vəd edir? - Mərkəzin adının dəyişdirilməsi qarşıya qoyulan daha geniş strateji hədəflərin təzahürüdür.

31-03-2025, 09:25

Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılmasına dair müzakirələr aparılıb

Səhiyyə Nazirliyində Azərbaycanda sağlamlıq turizminin davamlı inkişafının təmin edilməsi məqsədilə yaradılan işçi qrupunun növbəti iclası keçirilib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib ki, səhiyyə nazirinin müavini İlqar Qasımovun sədrliyi ilə keçirilən işçi qrupunun iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Standartlaşdırma İnstitutunun, Səhiyyə Nazirliyinin, Elm və Təhsil

31-03-2025, 09:23

Teymur Musayev: “Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur”

Azərbaycan səhiyyəsində məqsədli şəkildə rəqəmsallaşma gedir və süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur. Bu, müəyyən istiqamətlərdə, hələlik əsasən radiologiyada artıq tətbiq olunur. AZƏRTAC xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib. “İnanırıq ki, yaxın zamanlarda bu tətbiq digər tibbi sahələri də əhatə edəcək”, - deyə nazir bildirib. Tibbi sığorta zərfində xidmətlərin genişləndiriləcəyini

31-03-2025, 09:21

Vərəmlə Mübarizə üzrə Ölkə Əlaqələndirmə Komissiyasının növbədənkənar iclası keçirilib

Vərəmlə Mübarizə üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) “Azərbaycanda vərəmlə mübarizə sahəsində görülən işlər: nailiyyətlər, problemlər və gələcəyə baxış” mövzusunda növbədənkənar geniş iclası keçirilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyi, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), QİÇS, Vərəm və Malyariya ilə

31-03-2025, 09:17

AEM özəl tibb fəaliyyəti ilə məşğul olanlara müraciət etdi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət ünvanlayıb. Bildirilir ki, son zamanlar sahibkarlıq subyektlərinə nəzarət tədbirləri ilə bağlı keçirilən yoxlamalar barədə məlumatlı olan dələduzlar bundan sui-istifadə edir, qeyri-qanuni qaydada yoxlama reydləri keçirməyə cəhd edirlər. Belə hallar haqqında AEM-ə məlumatlar daxil olur. Müraciətdə ölkə ərazisində özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin

31-03-2025, 08:40

İSİM tibb kollecinə maarifləndirmə materialları təqdim edib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən hazırlanaraq çap olunan geniş çeşiddə maarifləndirmə materialları 2 nömrəli Bakı Baza Tibb Kollecinə təhvil verilib. Mərkəzdən verilən məlumata görə, “Leykemiya və onun profilaktikası”, “İnsulta qarşı ayıq ol!”, “Böyrəklərin sağlamlığını bu gün qoru”, “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi” və digər mövzularda buklet, vərəqə, stiker və digər materiallarda sağlamlığın qorunması, xəstəliklərin əsas risk amillərinin

31-03-2025, 08:32

Reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusunda tədbirlər keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı çərçivəsində Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Tədbirlər gənc nəsil arasında sağlam həyat tərzinin təbliği, reproduktiv sağlamlıq

31-03-2025, 08:27



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova