“Böyük Qayıdış” proqramı çərçivəsində Xankəndidə növbəti aksiya keçirilib
Səhiyyə Nazirliyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həmin bölgələrdə əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində tədbirləri davam etdirir. Qarabağ və Şərqi Zəngəzurda yaşayan əhalinin keyfiyyətli və ixtisaslaşmış tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən növbəti səyyar tibbi müayinə aksiyası Xankəndi şəhərində təşkil olunub.31-07-2026, 11:58




