Sizin Reklam Burada!

Ombudsman idmançılar üçün yeni tibbi nəzarət mexanizmi təklif edib

Ombudsman idmançılar üçün yeni tibbi nəzarət mexanizmi təklif edib

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müstəqil monitorinq fəaliyyəti çərçivəsində idman yarışlarında, məşq prosesində tibbi müayinələrin məcburi xarakter daşımasının hüquqi əsasları və milli qanunvericiliyin təkmilləşdirilməsi haqqında analitik arayış hazırlanıb.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, araşdırmada xüsusilə yüksəkriskli, o cümlədən döyüş idman növlərində idmançıların, əsasən yetkinlik yaşına çatmayan şəxslərin sağlamlığının və təhlükəsizliyinin daha etibarlı təmini məqsədilə mövcud qanunvericiliyin, tibbi nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyi qeyd olunub.
Beynəlxalq təcrübənin təhlili əsasında idmançıların yarışlara, sparrinq və intensiv məşq proseslərinə buraxılmasından əvvəl kompleks, çoxpilləli tibbi müayinələrin tətbiqinin əhəmiyyəti vurğulanıb.
Analitik arayışda xüsusilə yüksəkriskli idman növləri üzrə idmançıların MRT-dən, genişləndirilmiş kardioloji müayinədən və nevroloji qiymətləndirmədən məcburi keçirilməsi ilə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi təklif olunub.
Bununla yanaşı, idmançıların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsi, aralıq tibbi monitorinq mexanizminin və vahid elektron tibbi nəzarət reyestrinin yaradılmasının onların sağlamlıq hüququnun daha səmərəli təmininə xidmət edəcəyi bildirilib.
Aparılmış araşdırmanın nəticələri ilə əlaqədar ombudsman tərəfindən aidiyyəti quruma məktub ünvanlanıb.


Xəbəri paylaş


Iyul 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova