Mehriban Əliyevaya İsrail Tibb Akademiyasının fəxri doktoru diplomu verildi

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva beynəlxalq tibb elmi sahəsindəki xidmətlərinə və İsrail ilə Azərbaycan arasında səhiyyə əlaqələrinin inkişafına töhfələrinə görə İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görülüb. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində İsrail tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti ilə görüşdə məlumat verilib. Tədbirdə Mərkəzin baş həkimi Azad Kərimli dövlət

30-09-2016, 12:17

Azərbaycanın reproduktiv sağlamlıq təcrübəsi müsbət qiymətləndirilib

Bu barədə ÜST Avropa Regional Komitəsinin 66-cı sessiyasında danışılıb Sentyabrın 12-dən 15-dək Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Komitəsinin 66-cı sessiyası keçirilib. ÜST-nin Avropa regionu üzrə 53 üzv dövlətinin səhiyyə nazirləri və digər yüksək vəzifəli təmsilçiləri, eləcə də vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri qitə miqyaslı sağlamlıq problemlərinin müzakirəsi üçün toplaşıblar. Azərbaycan Respublikasının

30-09-2016, 12:14

Şəkidə səhiyyə nazirinin səyyar qəbul günü keçirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, müxtəlif dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər. Bununla bağlı tərtib edilmiş səyyar qəbul günləri cədvəlinə müvafiq olaraq, səhiyyə naziri Oqtay Şirəliyev Şəki Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edib. Şəki ilə yanaşı, Oğuz, Qax, Balakən və Zaqatala rayonları sakinlərinin iştirak etdikləri qəbulda vətəndaşların səhiyyə sahəsinə aid şikayət və

30-09-2016, 12:12

Azərbaycanda talassemiyalı xəstələrin sayı azalıb

Azərbaycanda ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış talassemiyalı xəstələrin sayı ötən il 213 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi statistik məcmuəsində məlumat verilib. Statistik rəqəmlər ölkəmizdə talassemiyalı xəstələrin sayında azalma müşahidə olunduğunu göstərir. Belə ki, talassemiyalı xəstələrin sayı 2010-cu ildə 359 nəfər, 2011-ci ildə 510 nəfər, 2012-ci ildə 482 nəfər, 2014-cü ildə isə 530 nəfər olub. Bununla yanaşı, 17 yaşadək talassemiyalı uşaqların sayında da

31-08-2016, 11:53

RDM həkimlərinin növbəti uğurlu əməliyyatı

Respublika Diaqnostika Mərkəzinin (RDM) həkimlərinin daha bir uğurlu əməliyyatı sayəsində 47 yaşlı qadın xəstə sağlam həyata qayıdıb. Dörd il bundan əvvəl üz cizgilərində kobudlaşma, dildə böyüməyə görə nitqin pozulması, əl və ayaqda böyümə müşahidə edilən xəstəyə akromeqaliya (böyümə hormonunun həddən artıq ifraz olunması) diaqnozu qoyulub. Xəstənin beyin maqnit-rezonans tomoqrafiyasında hipofiz vəzinin adenoması olduğu görünüb. RDM-in uzman həkim-neyrocərrahı Azər Əkbərov xəstənin klinikaya

31-08-2016, 11:47

Azərbaycanda epidemiloji vəziyyət nəzarətdədir

2013-cü ildən etibarən ölkəmizdə malyariyaya yerli yoluxma halları qeydə alınmayıb. Bir sıra infeksion xəstəliklərlə mübarizə üzrə Azərbaycanda görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində (GEM) keçirilmiş, qurumun fəaliyyətinin “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənən istiqamətlərinə həsr edilmiş “dəyirmi masa”da söhbət açılıb.

31-08-2016, 11:45

Ölkəmizdə 3240 nəfər antiretrovirus terapiyasına cəlb olunub

Respublika QİÇS-lə Mübarizə Mərkəzi insanın immun çatışmazlığı virusu (İİV) infeksiyası və qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) ilə bağlı ölkəmizdə 2016-cı ilin birinci yarımilliyi üzrə məlumatı açıqlayıb. Məlumatda bildirilir ki, dünyada aparılan çoxşaxəli mübarizə tədbirlərinə baxmayaraq, İİV infeksiyası və QİÇS pandemiyası Yer üzündə yayılmaqda davam edir. Azərbaycan İİV infeksiyasına yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli

31-08-2016, 11:44

Azərbaycanda vərəm xəstələrinin sayı azalır

Ölkəmizdə vərəm xəstəliyinə dair epidemioloji vəziyyəti xarakterizə edən statistik göstəricilər Səhiyyə Nazirliyinin Milli Vərəm Proqramı çərçivəsində, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun nəzarəti altında toplanaraq analiz olunur. Təhlillər göstərir ki, son 5 ildə vərəmlə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər var. Bu da öz növbəsində vərəm üzrə işin yaxşı təşkilindən xəbər verir. Bu fikirlər Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun fəaliyyətinə həsr edilmiş

31-08-2016, 11:42

Ölkəmizdə uşaq ölümü göstəricisi 3 dəfəyədək azalıb

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2006-cı ilin fevralında ana və uşaqların sağlamlığının qorunmasını səhiyyənin prioriteti kimi müəyyən edib və bu gün də bu, əsas istiqamətlərdən biri olaraq qalır. Son 10 ildə ölkəmizdə uşaqların sağlamlığının qorunması ilə bağlı bir çox dövlət proqramları qəbul edilərək reallaşdırılıb. Hazırda 2014-2020-ci illəri əhatə edən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” icra olunur. Görülən işlər sayəsində Azərbaycanda

31-08-2016, 11:39

Səhiyyə Nazirliyi könüllü qanvermə aksiyalarının təşkilini davam etdirir

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bu ilin ilk 6 ayı ərzində B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və onun bölmələri tərəfindən 210 qanvermə aksiyası keçirilib. Aksiyalar Bakı ilə yanaşı, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Şirvan, Quba, Mingəçevir, Sumqayıt və Şəki bölmələrində də təşkil olunub. Paytaxt və regionlarda keçirilən aksiyalarda ümumilikdə 31 148 nəfər donor iştirak edib. Nəticədə, 14 608 litr qan tədarük olunub. Həyata

31-08-2016, 11:36




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova