Mehriban Əliyevaya İsrail Tibb Akademiyasının fəxri doktoru diplomu verildi

Mehriban Əliyevaya İsrail Tibb Akademiyasının fəxri doktoru diplomu verildi

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva beynəlxalq tibb elmi sahəsindəki xidmətlərinə və İsrail ilə Azərbaycan arasında səhiyyə əlaqələrinin inkişafına töhfələrinə görə İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görülüb.
Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində İsrail tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti ilə görüşdə məlumat verilib.
Tədbirdə Mərkəzin baş həkimi Azad Kərimli dövlət başçısının sosialyönümlü siyasəti sayəsində ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan, o cümlədən onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Xüsusilə Milli Onkologiya Mərkəzində Uşaq Klinikasının yaradılmasında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müstəsna xidmətləri vurğulanıb.
Görüşdə iştirak edən Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov İsraillə bütün sahələrdə mövcud olan əməkdaşlıqdan söz açıb, bu əlaqələrin daha da genişləndiriməsinin vacibliyini qeyd edib. Baş nazirin müavini israilli həkimlərin ölkəmizdə gördükləri işləri yüksək qiymətləndirib, bir neçə şəhərdə pulsuz tibbi müayinə və konsultasiyalar təşkil etdiklərinə, təcrübə mübadiləsi apardıqlarına, ağır xəstələrin müalicəsi üçün tibb ocaqlarına avadanlıqlar hədiyyə etdiklərinə görə onlara minnətdarlığını bildirib. A.Şərifov qeyd edib ki, əsas məqsəd Heydər Əliyev Fondunun dəstəyi ilə bu layihəni daha da təkmilləşdirməkdir.
İsrail nümayəndə heyətinin başçısı, Hayfa şəhərindəki “Xorev” Tibb Mərkəzinin baş həkimi Roman Barak xoş münasibətə və onlara yaradılan imkana görə dövlətimizin başçısına təşəkkür edib, belə aksiyaların davamlı olacağını vurğulayıb.
Sonra İsrailli qonaq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın beynəlxalq tibb elmi sahəsindəki xidmətlərinə və İsrail ilə Azərbaycan arasında səhiyyə əlaqələrinin inkişafına töhfələrinə görə İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görüldüyünü bildirib.
Fəxri doktor diplomu ünvanına çatdırılması üçün Baş nazirin müavini Abid Şərifova təqdim edilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova