Azərbaycan gəncliyi Dövlət Proqramı üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı qəbul olundu

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı təsdiq edilib. Səhiyyə naziri Oqtay Şirəliyev bununla əlaqədar əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, sənədə əsasən, gənclərin sağlam həyat tərzi, fiziki səviyyəsinin artırılması, eləcə də valideynlər, müəllimlər və gənclərlə işləyən digər şəxslərin sağlam həyat

31-10-2017, 10:52

Səhiyyə naziri Göyçayda vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, müxtəlif məsələlərlə bağlı müraciətlərin həllinə kömək edirlər. Tərtib olunmuş qrafikə uyğun surətdə, səhiyyə naziri Oqtay Şirəliyevin növbəti səyyar qəbul günü Göyçay Mərkəzi Rayon Xəstəxanasında baş tutub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul zamanı nazir Göyçay, Ucar, Ağdaş və Zərdab

31-10-2017, 10:45

Altsheymer xəstələrinin çoxalması uzunömürlülüyün artması ilə əlaqədardır

1994-cü ildən etibarən hər il sentyabrın 21-i dünyada Ümumdünya Altsheymer günü kimi qeyd edilir. Yer kürəsinin hər yerində əlaqədar təşkilatlar həmin gün öz diqqətlərini və səylərini əhalinin Altheymer xəstəliyi və demensiya haqqında məlumatlandırılmasına yönəldirlər. Ümumdünya Altsheymer günü münasibətilə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində nazirliyin təşkilatçılığı ilə mətbuat konfransı keçirilib. Tədbirdə mərkəzin direktor müavini Rüstəm Salayev və Müalicə-konsultativ şöbəsinin

30-09-2017, 11:10

Yeni dərs ilində Həkimləri Təkmilləşdirmə İnstitutunda bir sıra yeniliklər tətbiq olunacaq

Hər yerdə olduğu kimi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) da yeni tədris ili başlayıb. Bu tədris ili üçün Səhiyyə Nazirliyinin təsdiq etdiyi təqvim planında bir sıra yeniliklər var. Plana müasir informasiya və təhsil texnologiyalarına əsaslanan ixtisasartırma kursları daxil edilib. Səhiyyə nazirinin əmrinə uyğun olaraq, səhiyyə mütəxəssislərinin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi

30-09-2017, 10:55

Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası

Parlamentin 2017-ci ilin payız sessiyasında Milli Məclisin Səhiyyə komitəsinin ilk iclasında komitənin sədri Əhliman Əmiraslanov əvvəlcə yaz sessiyası müddətində görülən işlər barədə məlumat verib. O bildirib ki, hesabat dövründə komitənin 7 iclasında 14 məsələ müzakirəyə çıxarılıb. Bunlardan 13 qanun layihəsi Milli Məclisin plenar iclasına təqdim olunub, müzakirələrdən sonra sənədlər qəbul edilib. Bu qanun layihələrinin çox önəmli sənədlər olduğunu vurğulayan Əhliman Əmiraslanov bildirib ki,

30-09-2017, 10:53

Beynəlxalq konfransda Azərbaycanda vərəmə qarşı mübarizə yüksək qiymətləndirilib

Tbilisidə "Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində vərəmə qarşı mübarizədə parlamentlərin rolu" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə vərəm xəstəliyinin səbəbləri, yayılma tendensiyası, onun qarşısının alınmasında dövlətlərin və parlamentlərin rolu geniş müzakirə olunub. Qeyd edilib ki, hər il dünyada 3 milyona yaxın insan bu xəstəlik nəticəsində həyatını itirir. Bəzi ölkələrdə vərəmə qarşı mübarizənin təşkilində problemlər var və parlamentlər onların həllinə yardım

30-09-2017, 10:51

Mingəçevirdə sağlamlıq həftələrinin açılış mərasimi keçirilib

İcbari tibbi sığorta üzrə seçilmiş pilot ərazilərin sakinlərinin sağlamlığının qorunması, onların maarifləndirilməsi və profilaktik müayinələrə cəlb edilməsi məqsədi ilə 2017-ci ilin oktyabr-dekabr ayları ərzində bu bölgələrdə “Sabaha sağlam addımla” şüarı altında sağlamlıq həftələri keçiriləcək. Bu günlərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərində sağlamlıq həftələrinin açılış mərasimini keçirib. AZƏRTAC məlumat verir ki, səhiyyə nazirinin müavini Elsəvər Ağayevin,

30-09-2017, 10:47

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə

Görkəmli alim, ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın 6-da, ömrünün 97-ci ilində dünyasını dəyişib. 1921-ci il fevralın 4-də Bakıda anadan olan Lütfi Zadə ibtidai təhsilini də burada alıb. On yaşında ailəsi ilə birlikdə İrana köçərək təhsilini Tehranda davam

30-09-2017, 10:44

Azərbaycanın səhiyyə naziri belaruslu həmkarı ilə görüşüb

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə rəsmi səfərdə olan Belarusun səhiyyə naziri Valeri Malaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, öncə qonaqlar ümummilli lider Heydər Əliyevin və görkəmli akademik Zərifə Əliyevanın məzarını, sonra isə Şəhidlər Xiyabanını ziyarət ediblər. Səhiyyə nazirlərinin görüşündə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə və

30-09-2017, 10:39

Səhiyyə naziri ÜST Avropa Regional Komitəsinin 67-ci sessiyasında iştirak edib

Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Komitəsinin 67-ci sessiyası keçirilib. ÜST-nin Avropa regionu üzrə 53 üzv dövlətinin səhiyyə nazirləri və digər yüksək rütbəli təmsilçiləri qitə miqyaslı sağlamlıq problemlərinin müzakirəsinə toplaşıblar. Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev sessiyanın işində iştirak edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sessiya ərəfəsində ÜST Avropa Regional

30-09-2017, 10:37




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova