Azərbaycan Qlobal Fondun donor cəmiyyətinə töhfə verir
Fransanın Lion şəhərində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun fəaliyyətini maliyyələşdirmək və 2030-cu ilədək bu epidemiyalara son qoymaq məqsədi ilə Fondun VI konfransı keçirilib. Hədəf zəruri çağırışlara cavab vermək üçün 14 milyard dollar toplamaqdır. Azərbaycan Respublikasının Qlobal Fond ilə tərəfdaşlığı çərçivəsində donor olaraq fonda töhfə verməsi tədbirdə xüsusi vurğulanıb. Konfransın işində 700 nümayəndə, o cümlədən 10 dövlət və hökumət başçısı iştirak edib.31-10-2019, 09:31




