Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə

Görkəmli alim, ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın 6-da, ömrünün 97-ci ilində dünyasını dəyişib.
1921-ci il fevralın 4-də Bakıda anadan olan Lütfi Zadə ibtidai təhsilini də burada alıb. On yaşında ailəsi ilə birlikdə İrana köçərək təhsilini Tehranda davam etdirib. Ali təhsilini də Tehran Universitetində elektrik mühəndisliyi ixtisası üzrə bitirib. Sonra ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr və doktorluq elmi dərəcələri alan alim 1959-cu ildə Berkli Universitetinin ömürlük professoru seçilib. O, 1963-cü ildən bu ali məktəbin Elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik edib və Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri kimi fəaliyyət göstərib.
Adı elm tarixinin köklü dəyişikliklər yaratmış böyük simaları ilə bir sırada çəkilən Lütfi Zadənin banisi olduğu süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsi informasiya texnologiyalarında ciddi dəyişikliklərə yol açıb, sənaye proseslərinin idarə olunmasında uğurla istifadə edilib, nəhəng elektron şirkətlərində geniş tətbiq olunub. O, dünya miqyasında əsərlərinə ən çox istinad edilən alimlər sırasındadır. Onun yaratdığı elmi məktəb və laboratoriyalar yarım əsrdən artıqdır ki, dünyanın bir sıra ölkələrində fəaliyyət göstərir. Berkli şəhərində alimin şərəfinə onun adı ilə bağlı İnformasiya Texnologiyası üzrə Zadə İnstitutu yaradılıb.
Bir çox ölkələrin akademiyalarının, o cümlədən ABŞ Milli Mühəndislik Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının üzvü seçilən professor mötəbər beynəlxalq cəmiyyətlərin, qurumların və fondların mükafatlarına layiq görülüb, onlarla ölkənin nüfuzlu universitetinin fəxri doktoru adını qazanıb. Lütfi Zadə Azərbaycan Respublikasının ali mükafatlarından “Dostluq” ordeni ilə təltif edilib.
Dünya şöhrətli alim Lütfi Zadə sentyabrın 29-da öz Vətənində, I Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova