Altsheymer xəstələrinin çoxalması uzunömürlülüyün artması ilə əlaqədardır

Altsheymer xəstələrinin çoxalması uzunömürlülüyün artması ilə əlaqədardır

1994-cü ildən etibarən hər il sentyabrın 21-i dünyada Ümumdünya Altsheymer günü kimi qeyd edilir. Yer kürəsinin hər yerində əlaqədar təşkilatlar həmin gün öz diqqətlərini və səylərini əhalinin Altheymer xəstəliyi və demensiya haqqında məlumatlandırılmasına yönəldirlər.
Ümumdünya Altsheymer günü münasibətilə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində nazirliyin təşkilatçılığı ilə mətbuat konfransı keçirilib.
Tədbirdə mərkəzin direktor müavini Rüstəm Salayev və Müalicə-konsultativ şöbəsinin müdiri Səbinə Rəşidova Altsheymer xəstəliyinin simptomları, müalicəsi və profilaktikası barədə məlumat veriblər.
Bildirilib ki, 1907-ci ildə alman psixiatrı Alois Altsheymer tərəfindən təsvir edilmiş bu xəstəlik beynin neyro-degenerativ problemidir. Bu gün Altsheymer xəstələrinin çoxalması əhali arasında uzunömürlülüyün artması ilə əlaqədardır. Hazırda bu xəstəliyin qarşısının alınması üçün müasir farmakoloji və müxtəlif psixo-sosial müdaxilələr mövcuddur.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, bu gün dünyada 35 milyon nəfərdən çox insan yaddaş pozulmasından əziyyət çəkir. 2050-ci ilədək Altsheymer xəstələrinin sayının dörd dəfə artacağı ehtimal olunur. Hazırda Azərbaycanda bu xəstəlik hər 100 nəfərdən 1,6-da rast gəlinir. Əsasən yaşlı insanların əziyyət çəkdiyi Altsheymer xəstəliyinə 60-70 yaşlı insanların 1,6 %-də, 70-80 yaşlıların 20 %-də, 80 yaşdan yuxarı olanların isə 40 %-də müşahidə edilir. İlkin mərhələdə aşkarlanıb müalicə olunduqda bu problemlə 20 ilədək yaşamaq mümkündür.
Azərbaycanda Altsheymer xəstəliyindən əziyyət çəkən insanlara yardım məqsədilə Səhiyyə Nazirliyi tərəfindən bir çox işlər görülüb. Belə ki, 2013-cü ildən bu xəstəliyin diaqnostika və müalicəsi üzrə klinik protokollar işlənilib, xəstəliyin skirininqini aparmaq üçün protokollar tərcümə və adaptasiya olunub, psixiatr, nevropatoloq və terapevtlər üçün treninqlər keçirilib. Poliklinikalara xəstəliyin qarşısının alınması üçün müəyyən qrup dərmanlar verilib. Bir sıra ümumi profilli xəstəxanalar xəstəliyin diaqnostikasında əhəmiyyət daşıyan müasir MRT aparatları ilə təmin olunub.
Tədbirin sonunda mütəxəssislər mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova