Səhiyyə naziri ÜST Avropa Regional Komitəsinin 67-ci sessiyasında iştirak edib

Səhiyyə naziri ÜST Avropa Regional Komitəsinin 67-ci sessiyasında iştirak edib

Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Komitəsinin 67-ci sessiyası keçirilib. ÜST-nin Avropa regionu üzrə 53 üzv dövlətinin səhiyyə nazirləri və digər yüksək rütbəli təmsilçiləri qitə miqyaslı sağlamlıq problemlərinin müzakirəsinə toplaşıblar.
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev sessiyanın işində iştirak edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sessiya ərəfəsində ÜST Avropa Regional Komitəsinin İcraiyyə Komitəsinin də iclası olub. Toplantıda Avropa regionunda İcraiyyə Komitəsinə seçilmiş ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə 67-ci sessiyanın gündəliyi, habelə ÜST ölkə ofislərinin strateji idarə mexanizmləri məsələləri müzakirə edilib.
ÜST Avropa Regional Komitəsinin 67-ci sessiyasının açılışında “BMT Şəhəri”nin himayədarı, Danimarka Krallığının şahzadəsi, Ülyahəzrət Meri, Yunanıstanın Baş Naziri A.Çipras, Türkiyə Cümhuriyyəti baş nazirinin müavini Rəcəb Akdağ xüsusi qonaq qismində iştirak ediblər.
Toplantının gündəliyinə uyğun olaraq, sessiyanın İdarə Heyəti seçildikdən sonra ÜST Avropa regional direktoru Jujanna Yakab hesabat nitqi ilə çıxış edib. Regional direktor Ümumsünya Səhiyyə Assambleyasının qətnamələrinin Avropada həyata keçirilməsi və səhiyyənin maliyyələşməsi haqqında məlumat verib, səhiyyə proqramlarının reallaşdırılması üçün donor ölkə və qurumlarla əlaqələrdən danışıb, habelə sessiyanın gündəliyində duran məsələlərlə bağlı ÜST rəhbərliyinin mövqeyini açıqlayıb və tövsiyələrini bildirib. Çıxışda Daimi Komitənin proqramı, büdcə və inzibati komissiyasının hesabatının layihəsi, infeksion və qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, ÜST islahatları və “Səhiyyə - 2020” strategiyası mövzuları da geniş yer alıb.
Sonra sessiyada Daimi Komitənin hesabatı, ÜST-nin yeni seçilmiş Baş direktoru Tedros Gebreyesusun sessiyaya müraciəti, Regional Komitənin Büdcə, proqram və inzibati komissiyasının hesabatı dinlənilib və müzakirə olunub. Eləcə də, gündəlikdə duran digər məsələlər – ÜST-də islahatların keçirilməsi, səhiyyədə texniki məsələlər, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, “Səhiyyə - 2020” strategiyası, qlobal səhiyyə sistemlərinin strateji idarəetməsi, reproduktiv sağlamlıq, tibbi kadrların təkmilləşdirilməsi, QİÇS və vərəmlə mübarizə, Beynəlxalq Səhiyyə Qaydaları, səhiyyə və sosial sektorun maliyyələşdirilməsi, ÜST-də idarəçilik və s. mövzularda məruzələr edilib, fikir mübadiləsi aparılıb.
Qəbul olunmuş qaydalara əsasən, gündəlikdə duran məsələlərin müzakirəsində əvvəl katibliyin üzvləri, sonra isə qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri öz rəylərini veriblər.
Səhiyyə naziri Oqtay Şirəliyev “Sağlamlıq – 2020” strategiyası, tibbi kadrların təkmilləşdirilməsi, psixi sağlamlıq, reproduktiv sağlamlıq və Beynəlxalq Səhiyyə Qaydaları məsələlərinə dair çıxışlar edib.
Vərəm üzrə fəaliyyət planının müzakirələri zamanı Azərbaycanın müsbət təcrübəsi üzv ölkələr tərəfindən qeyd edilib, ölkəmizdə bu sahədə Dövlət Proqramının həyata keçirilməsi vurğulanıb.
ÜST Avropa Regional Komitəsinin 67-ci sessiyası çərçivəsində səhiyyə naziri Oqtay Şirəliyevin ÜST Avropa regional direktoru Jujanna Yakabla, komitəyə üzv ölkələrdən Polşa, Türkiyə, Belarus, Macarıstan və Özbəkistanın səhiyyə rəsmiləri ilə, BMT Baş Katibinin QİÇS-lə mübarizə üzrə köməkçisi Mişel Kazaçkinlə işçi görüşləri olub, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova