Ukraynalı kardioloqlar ATU-da təhsil sistemi ilə tanış olublar
Ukrayna Uşaq Kardioloji Mərkəzinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Mərkəzin direktoru, uşaq kardiocərrahı, professor İlya Yemets səfərin məqsədi haqqında məlumat verib, qeyd edib ki, Azərbaycanda tibb təhsilinin strukturu ilə tanış olmaq, ATU-da mövcud tədris sistemini öyrənmək, faydalı təcrübələri Ukraynada tətbiq etmək niyyətindədirlər. Professor Ukraynada tibbi sığorta sisteminin tam tətbiq olunmadığını bildirib və bu sahədə mövcud problemlərdən danışıb.30-09-2019, 10:12




