Azərbaycanda qızılcanın eliminasiyası istiqamətində tədbirlər görülür
Azərbaycanda infeksiyalara qarşı ciddi mübarizə aparılır. Ölkəmizdə 11 infeksiyaya qarşı uşaqların vaksinasiyası həyata keçirilir. Qızılca da onlardan biridir. Azərbaycanda qızılcanın eliminasiyası istiqamətində tədbirlər görülür. AZƏRTAC-ın verdiyi xəbərə görə, bu sözləri Səhiyyə nazirinin müavini Elsevər Ağayev kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında deyib. E.Ağayev ölkəmizdə malyariyanın olmadığını və aparılan mübarizənin bəhrəsini verdiyini də diqqətə çatdırıb. O30-11-2019, 13:58




