Tibb Universiteti ilə Türkiyənin Boylam Psixiatrik Xəstəxanası arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Tibb Universiteti ilə Türkiyənin Boylam Psixiatrik Xəstəxanası arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Türkiyənin Boylam Psixiatrik Xəstəxanasının professoru, psixiatr Ertuğrul Köroğlu ilə görüşüb.
Görüş zamanı türkiyəli professor təmsil etdiyi xəstəxana barədə məlumat verib: “Ankarada yerləşən Boylam Psixiatrik Xəstəxanasında ruhi, alkoqol qəbulu ilə bağlı yaranmış xəstəliklər, narkoloji problemlər üzrə ixtisaslaşmış mütəxəssislər çalışır. Türkiyənin bu ən böyük psixiatrik xəstəxanası 51 yataqdan ibarətdir. Azərbaycan Tibb Universiteti ilə əlaqələrimizin sıx olmasını arzu edirəm”.
ATU-nun rektoru Gəray Gəraybəyli də rəhbərlik etdiyi təhsil ocağı barədə qonağı məlumatlandırıb. Universitetin nəzdində 4 klinikanın olduğunu qeyd edən rektor Azərbaycanda təbabət, o cümlədən psixiatriya sahəsində müntəzəm olaraq yeniliklərin həyata keçirildiyini vurğulayıb. Rektorluqla yanaşı, həkim kimi də fəaliyyət göstərdiyini də deyən G.Gəraybəyli həftədə iki dəfə xəstəxanaya baş çəkdiyini və xəstələri müayinə etdiyini, eləcə də, kafedrada mühazirələr oxuduğunu bildirib. Gələn ildən ATU-da magistratura pilləsində klinik psixologiya ixtisası açılacağını diqqətə çatdıran rektor, Ertuğrul Köroğlunu burada “dəvət edilmiş professor” kimi görməkdən məmnun olacağını vurğulayıb.
Görüşdə psixiatriya sahəsindəki yeniliklərdən, ATU ilə Boylam Psixiatrik Xəstəxanası arasında gələcəkdə qarşılıqlı əlaqələrin qurulması məsələlərindən danışılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova