Mərmərə Universiteti ilə ADHTİ arasında ailə həkimliyi üzrə əməkdaşlıq genişləndiriləcək

Mərmərə Universiteti ilə ADHTİ arasında ailə həkimliyi üzrə əməkdaşlıq genişləndiriləcək

Türkiyənin İstanbul şəhərində yerləşən Mərmərə Universitetinin Ailə həkimliyi kafedrasının Azərbaycanda səfərdə olan nümayəndələri professorlar Arzu Uzuner və Mehmet Akman Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rəhbərliyi ilə görüşüblər.
Görüşdə ADHTİ-nin rektoru, professor Nazim Qasımov ailə həkimi təsisatının səhiyyə sistemində rolunun artması, pasiyent yönümlü yanaşmanın tətbiqi, ilkin səhiyyə müəssisələrinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması və səhiyyə xərclərinin rasional istifadəsi barədə danışıb. Qeyd olunub ki, ailə həkimi ixtisasının tədris metodologiyasının və təcrübəsinin daha da təkmilləşdirilməsinə, müvafiq tədris planı və dərs vəsaitlərinin beynəlxalq təcrübəyə əsaslanaraq tərtib olunmasına, ixtisasartırma istiqamətində mübadilə proqramlarının həyata keçirilməsinə də ehtiyac var. Ona görə də iki ölkənin tibb təhsili müəssisələri arasında əlaqələrin genişlənməsi qardaş Türkiyədə qazanılmış təcrübədən ölkəmizdə istifadə olunmasına kömək edəcək.
Professorlar Arzu Uzuner və Mehmet Akman əldə olunan uğurları bölüşməyin çox önəmli olduğunu və gələcəkdə bütün istiqamətlərdə qarşılıqlı əməkdaşlığın zəruriliyini bildiriblər.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova