ATU Təbriz Tibb Universiteti ilə əlaqələri genişləndirir

ATU Təbriz Tibb Universiteti ilə əlaqələri genişləndirir

Azərbaycan Tibb Universitetinin (ATU) elmi işlər üzrə prorektoru Rauf Bəylərov İrana səfəri zamanı Təbriz Tibb Universitetində olub, orada təhsil-tədris prosesi, tələbələr üçün yaradılan şəraitlə tanış olub.
Prorektor Təbriz Tibb Universitetinin rəhbərliyi ilə də görüşüb. Qeyd olunub ki, Təbriz Tibb Universitetində dünyanın 10-dan çox ölkəsindən, o cümlədən Azərbaycandan tələbələr təhsil alırlar. Bildirilib ki, Təbriz Tibb Universiteti ATU ilə mövcud əməkdaşlığın inkişaf etdirilməsində çox maraqlıdır.
Görüş zamanı hər iki ali məktəb arasında qarşılıqlı əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub, birgə elmi araşdırmaların aparılmasına dair ilkin razılıq əldə edilib. Həmçinin, Tehran Tibb Universitetinin tərkibində olan “Evidence Medicine” bazası ilə birlikdə layihələrin başlanılması təklifi nəzərdən keçirilib.
Qeyd edək ki, ATU və Təbriz Tibb Universiteti arasında imzalanan memorandumun şərtlərinə əsasən, azərbaycanlı rezidentlərin İrandakı ali məktəbin fərqli bazalarına göndərilməsi nəzərdə tutulub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova