Məktəb idman zalı üçün sanitar-gigiyenik tələblər
Həkimləri Təkmilləşdirmə İnstitutunda bu mövzuda seminar keçirilib
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Gigiyena kafedrası Davamlı Tibbi Təhsil Proqramına uyğun olaraq Bakı şəhəri və regionların həkim-gigiyenaçılarının iştirakı ilə “Məktəb idman zalı üçün sanitar-gigiyenik tələblər” mövzusunda seminar keçirib.
Təlimin əsas məqsədi məktəbdə idman zalının ölçüləri, hava-istilik rejimi, mikroiqlim, havalandırma, işıqlandırma məsələlərini və bədən tərbiyəsi dərslərinin təhlükəsizliyini təmin etmək yollarını həkim-gigiyenaçılara çatdırmaqdan ibarət olub.
Dərsləri ADHTİ-nin Gigiyena kafedrasının müdiri, dosent Məmmədəli Meybəliyev və baş müəllim Natiqə İsmayılova aparıblar.