“Qaraciyər Transplantasiyası Günləri” adlı elmi tədbir keçirilib

“Qaraciyər Transplantasiyası Günləri” adlı elmi tədbir keçirilib

28 İyul – Ümumdünya Hepatit Günü münasibətilə “Birinci Bakı Beynəlxalq Hepatologiya və Qaraciyər Transplantasiyası Günləri” adlı onlayn elmi tədbir keçirilib. Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və rəsmi tərəfdaş “Florence Nightingale” Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə DGK-nin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov hepatit xəstəliyinin insanlar və ümumilikdə dünya üçün nə qədər təhlükəli bir problem olduğu barədə danışıb, qlobal səviyyədə diqqət mərkəzində olan bu məsələ ilə əlaqədar ölkəmizdə dövlət tərəfindən atılan kompleks addımlardan bəhs edib. O, bu il Azərbaycanda yeni yaradılacaq “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nin meyitdən orqanların alınması, orqan gözləyən xəstələrin reyestrinin yaradılması, transplantasiya üçün orqanların ölkə üzrə paylanması və bundan irəli gələn məsələlərin həllində öz müsbət töhfəsini verəcəyinə və bütün bunların hepatit xəstələrində göstərişlərə əsasən orqan transplantasiyası əməliyyatlarının daha geniş şəkildə həyata keçirilməsinə yardımçı olacağına ümid etdiyini bildirib.
Tədbirin rəsmi açılış hissəsində həmçinin “Florence Nightingale” Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran, DGK Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi də fikirlərini bildiriblər.
Elmi tədbirdə İstanbul “Florence Nightingale” xəstəxanasının professoru Fehmi Tabak və Mərkəzi Gömrük Hospitalının şöbə rəisi Namiq Novruzun moderatorluğu ilə “Viral hepatitlər”, İstanbul “Florence Nightingale” xəstəxanasının professoru İrfan Koruk və Mərkəzi Gömrük Hospitalının həkimi Aynur Səfiyevanın moderatorluğu ilə “Uşaq və böyüklərdə autoimmun və metabolik qaraciyər xəstəlikləri” panellərində Azərbaycan və Türkiyədən yüksəkixtisaslı mütəxəssislər məruzələrlə çıxış ediblər.
300-dən çox mütəxəssisin onlayn qoşulduğu ikigünlük tədbir sual-cavab sessiyaları və müzakirələrlə davam edib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunan tədbirə 16 DTT balı müəyyən edilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova