“Ürəyinizi qoruyun”

“Ürəyinizi qoruyun”

Elmi Tədqiqat Kardiologiya İnstitutu bu layihə çərçivəsində maarifləndirmə aksiyası keçirib

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Ürəyinizi qoruyun” layihəsi çərçivəsində maarifləndirmə aksiyası keçirib.
İnstitutdan verilən məlumata görə, tədbirdə çıxış edən ADNSU-nun prorektoru, dosent Ata Babayev və ETKİ-nin elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru Rafail Daşdəmirov müasir dövrdə sağlam həyat tərzinin təbliği və ürək xəstəliklərinin artması baxımından layihənin əhəmiyyətindən danışıblar.
Tədbirdə “Ürəyinizi qoruyun” layihəsi çərçivəsində ürək-damar xəstəliklərinə qarşı mübarizə aparmaq məqsədilə tələbələr üçün sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunma haqqında videoçarxlar nümayiş olunub, maarifləndirici bukletlər paylanılıb və aparıcı mütəxəssislər tərəfindən “Sağlam genofonda addım ataq” mövzusunda mühazirələr oxunub.
Həmçinin aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (boy, çəki, təzyiq və nəbzin ölçülməsi) dəvət edilib, onlara ürək-damar xəstəliklərinin əsas risk amilləri barədə məlumat verilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova