Prezident İlham Əliyev Bakıda “Diamed” dərman istehsalı zavodunun açılışını edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib. AZƏRTAC-ın bildirdiyinə görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Diamed Development Group” MMC-nin təsisçisi Aytən Quliyeva dövlət başçısına görülən işlər haqqında məlumat veriblər. Layihənin əhəmiyyəti barədə videoçarx nümayiş olunub. Prezident İlham Əliyev zavodu işə salıb. İstehsal prosesi ilə yaxından tanış olan dövlət başçısına məlumat verilib31-08-2023, 09:32




