Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında” Qərar imzalayıb.
AZƏRTAC xəbər verir ki, Qərara əsasən, həmin siyahıya Səhiyyənin Təminat Mərkəzi publik hüquqi şəxsi daxil edilib.